Xızıda motosikletlə iki avtomobil toqquşub: 1 ölü

16

Mayın 30-da saat 18 radələrində Xızı rayonunun Məşədihəsən kəndində Altıağac qəsəbə sakini İbrahim Həsənovun idarə etdiyi “Tufan” markalı motosikletlə Bakı şəhər sakini A.Saydullayevin idarə etdiyi “Mitsubishi” və Xaçmaz rayon sakini T.Zülfüqarovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

yasamal.tv xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə motosikletçi hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin