“Azərbaycan torpaqları işğal olunan zaman bir sıra təşkilatlar torpaqların işğalını tanıyıblar. İşğala son qoymaq üçün Minsk qrupu yaradılmışdı, ancaq heç bir həll yolunu uğurlu şəkildə həyata keçirə bilməyib”.
yasamal.tv-ın xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
O xatırladıb ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad edilib: “Mən bu münasibətlə Prezident İlham Əliyevi təbrik edirəm. Qarabağ Azərbaycandır!”.
M.Şentop deyib ki, Türkiyə Azərbaycanı 44 günlük Vətən müharibəsi zamanında dəstəkləyib, indi də dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək: “Çünki müharibə zamanı Azərbaycan haqlı idi”.
“Məcburi köçkünlərin problemlərinin həll olunması üçün qlobal yanaşma vacibdir. Konfrans bizim bölgənin inkişafı üçün çox vacibdir”, o əlavə edib.