Uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaradılacaq

16


“Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir. Bu göstəricilər ümumilikdə qənaətbəxşdir”.

yasamal.tv xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, yenə də problemli müəssisələr qalmaqdadır:

“Eyni zamanda işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq”.