“Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək” – Borrell

11

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bəyanatında bildirib.

“Avropa İttifaqı Rusiya silahlı qüvvələrinin işğaldan azad edilmiş Ukraynanın bir sıra şəhərlərində daha əvvəl törətdiyi vəhşəti ən sərt şəkildə pisləyir. Çox sayda mülki əhalinin ölümü, həmçinin mülki infrastrukturun dağıdılması ilə bağlı dəhşətli görüntüləri Rusiyanın Ukraynaya və onun xalqına qarşı apardığı amansız işğalçılıq müharibəsinin əsl simasını göstərir. Buça şəhərində və Ukraynanın digər şəhərlərində törədilən qətliamlar Avropa torpaqlarında törədilən vəhşiliklər siyahısına salınacaq”, Cozep Borrell bəyanatında bildirib.

yasamal.tv xəbər verir ki, Aİ-nin Ali Nümayəndəsi baş verənlərə görə Rusiya hakimiyyət orqanlarının məsuliyyət daşıdığını bildirib.

“Müharibə cinayətlərinin və digər ciddi pozuntuların təqsirkarları, habelə məsul dövlət rəsmiləri və hərbi rəhbərlər məsuliyyətə cəlb olunacaqlar. Avropa İttifaqı Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynada insan hüquqlarının pozulmasına və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyəti təmin etmək üçün bütün tədbirləri dəstəkləyir”.

Bəyanatda qeyd olunub ki, Aİ Ukraynada baş verənlərlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin başlatdığı təhqiqatı dəstəkləyir.

“Aİ Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək və təcili olaraq Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işə başlayacaq. Prezident Putin bu müharibəni dərhal və qeyd-şərtsiz dayandırmalıdır”, Cozep Borrell bəyanatında qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin