Azərbaycan Kikboksinq Federasiyası loqo dəyişikliyi edib.
yasamal.tv-ın xəbərinə görə, yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub.
Belə ki, loqonun həm sol, həm də sağ tərəfi üçrəngli bayrağımızın rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayrağımızda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən Azərbaycan Kikboksinq Federasiyasının əvvəlki loqosu 2000-ci ildən mövcud idi.