“Heç vaxt metroya minməmişəm” – Ajda Pekkan

7

“İstanbulu ürəyim istədiyi kimi gəzmək istəyirəm, amma alınmır”.

yasamal.tv xəbər verir ki, bu sözləri türkiyəli pop-ulduz Ajda Pekkan deyib.

Müğənni məşhurluğu səbəbindən heç vaxt metroya minmədiyini etiraf edib: “Məsələn, Kapalıçarşını, Tahtakaleni, Perşembe bazarını və ya Galatanı gəzmək istəyirəm, amma uzun illərdir buralara getmirəm. Metrobus, İDO-ya (İstanbul dəniz avtobusu-red.) heç minməmişəm, çox maraqlı gəlir. Metroya da heç minməmişəm. Paroxoda da çox istəyirəm minim. Atam dəniz qüvvələrində polkovnik idi, uşaqlığımda onunla minirdik. O günləri hələ də xatırlayıram”. (qafqazinfo)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin