Ağdaşda yol qəzası: piyada öldü

17

Hadisə martın 27-si saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

yasamal.tv xəbər verir ki, Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerlisi, 1961-ci il təvəllüdlü Nüsrət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin