Eks-deputat Kadırovu öldürənə mükafat vəd etdi

15

Ukrayna parlamentinin keçmiş deputatı Yevgeni Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovu məhv edəcək şəxsə mükafat vəd edib.

yasamal.tv xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.

Keçmiş deputat Ukraynaya gəlməyi ilə öyünən Ramzan Kadırovun öldürülməsinə görə Kiyev yaxınlığında torpaq sahəsi olan ev vəd edib.

“Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna Silahlı Qüvvələrinin hər bir döyüşçüsü çeçen xalqına biabırçılıq gətirən bu əlaltını məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına mükafat qoyuram – Kiyev yaxınlığında 40 sot torpaqda ev!”.

Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirilmişdi ki, Kadırov Ukraynaya gəlib və İvankovodakı zirzəmidə gizlənərək, orada çeçen döyüşçülərlə müzakirə aparıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin