ABŞ ukraynalılara 50 milyard dollar ayıracaq

13

ABŞ Rusiyanın hərbi müdaxiləsindən zərər çəkən ukraynalılara 50 milyard dollar humanitar yardım ayıracaq.

yasamal.tv  xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransı zamanı deyib.

“Biz humanitar yardımın çatdırılmasına kömək etmək üçün əlavə 50 milyard dollar ayırırıq”, -deyə Harris bildirib.

Onun sözlərinə görə, vəsaitin ərzaq yardımı proqramından ayrılması planlaşdırılır.