Rusiyanın Penza şəhərində bitiumun saxlanıldığı müəssisədə partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
yasamal.tv xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsindən bildirilib.
Məlumata görə, partlayış baş verən zaman orada 25 nəfər və 6 texnika varmış.
Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.