Futbol üzrə dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunlarından biri olan Şotlandiya – Ukrayna matçı təxirə salınıb.
yasamal.tv xəbər verir ki, martın 24-də Şotlandiyanın Qlazqo şəhərində baş tutmalı olan matç Ukrayna millisinin ölkəsində gedən müharibəyə görə oyuna gələ bilməməsi (23 futbolçudan 15-i yerli çempionatda çıxış edir – S.M.) ilə əlaqədardır.
Bu səbəbdən də eyni gündə Kardifdə baş tutmalı olan digər yarımfinal oyunu – Uels – Avstriya matçının da vaxtı dəyişdiriləcək. Hazırda yeni tarix barədə müzakirələr gedir. UEFA Millətlər Liqası turnirinin iyunda başlayacağını nəzərə alsaq, həmin vaxtadək bu matçlar baş tutmalıdır.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr -18 dekabr tarixləri ərzində keçiriləcək.