Bu gün Bədən Tərbiyəsi və İdman Günüdür

11

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur.

yasamal.tv-ın məlumatına görə, əlamətdar günlə əlaqədar gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkə hesabında paylaşım edib.

“5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanı adına yeni-yeni qələbələr və uğurlar arzulayıram!”, – deyə nazir bildirib.

Gənclər və İdman Nazirliyi isə 27 fevral – 5 martı İdman həftəsi elan edib. Tədbirlər planında əhali arasında idman və bilik yarışması, şəhid övladları üçün kiberidman yarışları, idman federasiyalarının mətbuat katibləri üçün treninq, dövlət qurumlarının xanım əməkdaşları arasında stolüstü tennis turniri, məktəblərdə idman həftəsinə aid yarışlar, görüşlər və müsabiqələr, idman veteranları ilə gənc idmançıların görüşü, səfirliklər arasında şahmat turniri, idarələr, veteranlar və jurnalistlər arasında voleybol turniri, olimpiya növləri üzrə federasiya nümayəndələri ilə görüş, məktəblilər arasında “İdman – sağlam həyat” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması, nümunəvi idman çıxışları, federasiyaların idman sərgisi, rayon (şəhər) Gənclər və İdman idarələrinin “İdman Həftəsi”nə həsr etdikləri tədbirlər yer alıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin