Şolts Putini işğalı dərhal dayandırmağa çağırıb

11

Bu gün Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

yasamal.tv  xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreitin verdiyi məlumata görə, kansler söhbət zamanı Ukraynadakı vəziyyətdən ciddi narahatlığını ifadə edib və işğal əməliyyatını dərhal dayandırmasına çağırıb.

Putin isə öz növbəsində kanslerə bildirib ki, müharibəni dayandırmaq üçün Ukrayna Rusiyanın bütün şərtlərini yerinə yetirməlidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin