Parlamentin iki deputatı İrəvana gedir

12

Azərbaycandan AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün İrəvana gedəcək deputatların adları açıqlanıb.

yasamal.tv xəbər verir ki, bununla bağlı Milli Məclisin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Qeyd edək ki, səfər fevralın 22-də baş tutacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin