İsmayıllıda 28 yaşlı qadın özünü bıçaqlayıb

10

Azərbaycanda ərini qorxutmaq istəyən 28 yaşlı qadın özünü bıçaqladı

yasamal.tv xəbər verir ki, rayonun Qalınçaq kəndində 1994-cü il təvəllüdlü Elnurə Gözəlova özünü bıçaqlayıb. O, mətbəxdən götürdüyü bıçaqla sinə nahiyəsinə zərbə endirərək özünə xəsarət yetirib. Gənc qadın xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, E.Gözəlova həyat yoldaşı Orxana əsəbiləşdiyindən onu qorxutmaq istəyib və bu zaman əsəbi halda bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin