Bu çiyələk “Ginnesin Rekordlar Kitabı”na düşdü

10

İsraildə əkinçi ailə dünyanın ən böyük və ən ağır çiyələyini yetişdirib.

yasamal.tv xəbər verir ki, nəhəng giləmeyvə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Çiyələk İsrailin mərkəzi bölgəsindəki plantasiyada aşkar edilib. Onun çəkisi 298 q, diametri isə 34 sm-dir.

Çiyələk iri giləmeyvələri ilə tanınan İlan sortuna aiddir.

Qeyd edək ki, əvvəlki rekordçu 2015-ci ildə Yaponiyanın Fukuoka prefekturasında yetişdirilib və çəkisi 250 qram olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin