Ağsuda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv xəbər verir ki, hadisə rayonun Vidadi küçəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan minik avtomobilinin sürücüsü yolu keçmək istəyən piyada, rayon sakini 1957-ci il təvəllüdlü Mütəllimov Rauf Qarxun oğlunu vurub.
Yaralı Ağsu Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır. (report)