Gürcüstanda 3 deputatın mandatı ləğv edilir

10

Gürcüstan parlamentinin deputatları – “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə mandatlarından məhrum edilə bilər.

yasamal.tv xəbər verir ki, qanunverici orqanın Prosedur məsələlər üzrə Komitəsi məsələ ilə bağlı müsbət rəy verib.

“Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin mandatı isə dələduzluqda ittiham edildiyi üçün ləğv edilə bilər.

Komitənin qərarı gələn həftə parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq və səsverməyə qoyulacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin