Bakıda daha iki məktəb distant təhsilə keçdi

13

Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

yasamal.tv xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Bundan başqa, analoji vəziyyətlə əlaqədar paytaxtdakı 177 nömrəli tam orta məktəb də distant tədrisə keçib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin