Gəncədə avtomobil 3 piyadanı vurub

11

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

yasamal.tv-ın məlumatına görə, qəza şəhərin Dədə Qorqud küçəsində, 39 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadaları, 1974-cü il təvəllüdlü Cəmilə İslam Qızı Salmanova, 1977-ci il təvəllüdlü Zərifə İsrafil qızı Məmmədova və 1968-ciiltəvəllüdlü Zəminə Cəfərovanı vurub. Avtomobil daha sonra binanın divarına çırpılıb.

Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin