“Macarıstanla iqtisadi əməkdaşlığın inkişafı üçün ciddi əsas yaradılıb” – XİN rəhbəri

12

“Macarıstan ilə Azərbaycan arasında 2021-ci ildə çoxsaylı görüşlər olub. Ötən il ölkələrimiz üçün ümumilikdə kifayət qədər uğurlu olub. Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığı genişləndirmək daha da üçün ciddi əsas yaradılıb”.

yasamal.tv xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Macarısıstanın xarici işlər və ticarət naziri Peter Siyarton ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Avropa ölkələri üçün etibarlı enerji təminatçısına çevrilib. “Enerji sahəsində münasibətlərin inkişafında Macarıstanın marağını müşahidə edirik. Macarıstan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclaslarında hər dəfə iştirak edir. Sabahkı iclasda da ölkə təmsil olunacaq”.

C.Bayramov deyib ki, iki ölkə arasında parlament sahəsində əlaqəlin inkişafı gələcək illərdə daha da intensivləşəcək. Bundan əlavə, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin