Türkiyədə avtobus aşıb: 28 yaralı

8

Türkiyədə eyni istiqamətdə hərəkət edən sərnişin avtobusu ilə yük avtomobilinin çarpışması nəticəsində avtobus dərəyə aşıb.

yasamal.tv xəbər verir ki, ölkənin Qaziantep bölgəsində baş verən olayda avtobusun üçünün vəziyyəti ağır olmaqla 28 sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları, habelə Fövqəladə Halların İdarə Olunması Agentliyinin xilasediciləri cəlb edilib.

Qeyd olunub ki, yük maşının sürücüsü hadisə yerindən qaçıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin