Neftin orta qiyməti bu il 12% artacaq – Proqnoz

10

Bu il neftin orta qiymətinin əvvəlki illə müqayisədə 11,9% artaraq bir barel üçün 77,31 təşkil edəcəyi gözlənilir.

yasamal.tv-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş “World Economic Outlook” hesabatında bildirilir.

Eyni zamanda, gələn il neftin qiyməti, hesabat müəlliflərinin proqnozlaşdırdığı kimi, 7,8% azalaraq bir barel üçün 71,29 dollar təşkil edəcək.

“Fyuçers bazarları göstərir ki, neft qiymətləri 2022-ci ildə təxminən 12%, təbii qaz 58% artacaq, 2023-cü ildə isə azalacaq, çünki tələb-təklif balanssızlığı bir qədər də azalacaq”, – hesabatda deyilir. (apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin