Almaniyada universitetdə atışmada: yaralılar var

11

Almaniyanın cənub-qərbində yerləşən Heydelberq Universitetində atışma olub.

yasamal.tv xəbər verir ki, bir şəxs universitetin mühazirə zalında odlu silahdan atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Atəş açan şəxsin öldürüldüyü bildirilir.

Universitetin ətrafı mühasirəyə alınıb. Hadisənin detalları araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin