Bakı İdman Sarayına yeni direktor təyin olunub.
yasamal.tv-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Əmrə əsasən, saraya rəhbərlik Əli Əsgərova həvalə olunub. Ə.Əsgərov bu gündən fəaliyyətə başlayıb.
O, yeni təyinatadək “Azərişıq” ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. C.Kazımova dekabrın 20-də işdən çıxarılıb.(report)