Sənədli film çəkilişləri üçün Rusiyaya gedən iki türkiyəli jurnalist saxlanılıb.
yasamal.tv bildirir ki, sosial media platforması olan GZT redaktorları Nazgül Kenzhetay və Emin Karaçak Rusiyanın Xakasiya Respublikasında saxlanılıblar.
Onlar türklərin həyatından bəhs edən sənədli film üçün çəkilişlər edikdən sonra qaldıqları otelin qarşısında saxlanılıblar. Türkiyəli jurnalistlərin əşyaları müsadirə edilib.
Jurnalistlərin lentə aldıqları bütün materiallar silinərək, casusluqda ittiham olunublar. Xakasiyanın paytaxtı Abakandakı köçürülmə mərkəzinə gətirilərək ayrı-ayrı kameralara salınan jurnalistlər 10 günlük həbs müddəti bitdiksən sonra deportasiya ediləcəklər.