Anar Samirəyə görə Hiss və Dilarəni tənqid etdi

13

Stilist Anar Ağakişiyev  müğənni Samirə əfəndini müdafiə edib.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, bunla bağlı video paylaşan Anar ad çəkmədən müğənnilər Dilarə Kazımova və Hissin ünvanına tənqidlər səsləndirib.

“Eynəklərinizi çıxarın, üç nəfərə müraciət edirəm: Bir nəfərin yanında gəzən anlaşılmayanlar. Deyirsiz, Samirə Əfəndi kimdir? Dələduz yanında gəzirsiz, özünüzü nə hesab edirsiz? Müğənnisiz, kimsiz? Biri “Nəsibənin kuklası” kimi gəzir. O biri də bilinmir…

Samirə Əfəndinin taxta qapısını döyənin, dəmir qapısına vuraram. Biri lütdənməmiş yer qoymayıb. Addımbaşı lüt şəkilləri. Axtarışa adını soyadını yazanda lüt şəkil gəlir. O biri isə hardan gəlib, nə oxuyur bilinmir. Dünən gəlib, bu gün yoxa çıxacaq”.

Anar daha sonra Dilarə və Hissin çalışdığı musiqi şirkətinin rəhbəri Vüqar Husiyevin fotosunu yayımlayıb və onun ünvanına ittihamlar səsləndirib.

Qeyd edək ki, Dilarə bir müddət əvvəl açıqlamasında Samirə ilə küsülü olduğunu demişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin