“Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir”.
yasamal.tv-ın xəbərinə görə, bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.
“Qanun layihəsi qəbul olunandan sonra dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək”, – layihədə bildirilib.