Rusiya və Hindistan birgə silah istehsal edəcəklər

11

Rusiya Prezidenti Vladimir Putinin Hindistana bugünkü səfəri zamanı AK-203 hücum tüfənglərinin birgə istehsalı ilə bağlı böyük müqavilə imzalanacaq.

yasamal.tv xəbər verir ki, Rusiya və Hindistanın müdafiə nazirlərinin iştirakı ilə imzalanacaq müqavilə 2030-cu ilə qədər hərbi-texniki əməkdaşlığın inkişafı, silahlı qüvvələrin bölmələri arasında əməkdaşlığı, həmçinin silah və hərbi texnikanın təchizatı və inkişafı məsələlərini nəzərdə tutur. Müqavilə bir neçə il əvvəl iki tərəf arasında razılaşdırılıb. Tərəflər həmçinin, İqla hava hücumundan müdafiə sistemi ilə bağlı sazişin bağlanmasını müzakirə edib, lakin bu səfər zamanı imzalanması nəzərdə tutulmayıb.

Hindistan Ordusu tərəfindən alınacaq 7,5 lak tüfəngdən ilk 70,000-nə Rusiya istehsalı olan komponentlər daxil olacaq, çünki texnologiyanın ötürülməsi yavaş baş verir. Bunlar istehsal prosesi başlayandan 32 ay sonra orduya təhvil veriləcək.

Rusiya Prezidentinin bir günlük səfəri zamanı həmçinin Hindistana silah sisteminin çatdırılmasının simvolu olaraq S-400 hava hücumundan müdafiə sisteminin maketinin Baş nazir Narendra Modiyə təhvil verilməsi planlaşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin