Türkiyəli müğənni Sibel Can yeni il gecəsi İstanbulda yerləşən məkanların birində çıxış edəcək.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni il gecəsindəki çıxışı üçün 2.5 milyon lirə məvacib alacaq. Yanvarın 1-də və 11-də səhnə alacaq olan Sibel Can 2 milyon lirə də oradan qazanacaq.
Müğənni 3 gecə üçün ümumi olaraq 4.5 milyon lirə (təxminən 557 min manat) əldə edəcək.