Bəzi insanlar evdə heyvan saxlamaq istəsələr də bir çox tərəddüdləri olur. Ona necə baxacağından tutmuş hansısa xəstəlik və ya allergiyanın yaranmasına qədər bəzi problemdən narahat olurlar.
yasamal.tv xəbər verir ki, əslində mənzildə ev heyvanlarının olması sağlamlıq baxımından çox faydalıdır. Onlar sizə müsbət enerji ötürərək daha yaxşı hiss etməyinizə kömək edəcəkdir. Araşdırmalar göstərir ki, xüsusilə it saxlayan insanlarda ürək xəstəlikləri riski daha azdır.
Ev heyvanlarını saxlamağın faydalarını sizin üçün aşağıda qeyd edirik:
Heyvan sahibləri depressiyaya daha az düşür.
Bu insanlarda qan təzyiqi daha nizamlı olur və stresli vəziyyətlərdə mümkün qədər sakit qala bilirlər.
Heyvanlarla oynamaq bədəndə serotonin və dopamin ifraz etməyə səbəb olur. Bu, sizin sakitləşməyinizə imkan verəcək.
Heyvan sahiblərinin xolesterin səviyyəsi daha aşağıdır.
Ev heyvanı olan şəxs infarkt keçiribsə, onun sağalma ehtimalı daha yüksəkdir.
Onu da qeyd edək ki, heyvanlar vaxtında peyvənd olunmazsa, onlarda olan birə, parazit, bit və bağırsaq qurdları sahiblərinə keçə bilər. Allergiyası olanlarda qaşınma, ağciyərlərində problem olanlarda nəfəs darlığı kimi problemlər yarana bilər. Bunun üçün onları həkim nəzarətindən keçirmək, təmiz saxlamağa diqqət etmək, evi tez-tez havalandırmaq lazımdır.