Prezident İlham Əliyev Kərim Məhəmməd oğlu Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
yasamal.tv xəbər verir ki, o, Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, professor K.Tahirov Azərbaycan Milli Kitabxanasının direktorudur. Noyabrın 12-də onun 70 yaşı tamam olub.