Bu gün günorta saatlarında Qax rayonunun Qıpçaq kəndində evdə partlayış baş verib.
yasamal.tv xəbər verir ki, partlayış zamanı 84 yaşlı qadın yanıq xəsarətləri alıb.
Belə ki, kənd sakini, 1937-ci il təvəllüdlü Məmmədova Nina Markovna özünə məxsus evdə yatarkən qəfildən partlayış olub.
Nəticədə, Nina Məmmədova aldığı ağır yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.