Qazaxıstanda mənzildə partlayış: 3 ölü, onlarla yaralı

10

Qazaxıstanda mənzildə qaz balonunun partlaması nəticəsində üç nəfər həlak olub.

yasamal.tv xəbər verir ki, partlayışdan dərhal sonra mənzildə güclü yanğın başlayıb.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, insident Aqmola vilayətinin Şortandı qəsəbəsində baş verib.

Yanğın ümumilikdə 350 kvadratmetr ərazini əhatə edib.

Xilasedicilər hadisə yerindən üç şəxsin cəsədini aşkar edib, daha 10 nəfər xəstəxanaya yerləşdirilib.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin