“Nizami Gəncəvi İli” çərçivəsində onlayn seminar keçirilib – Foto

10

“Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi ərəb və farsdilli mənbələrdə” adlı onlayn elmi seminar keçirilib.

yasamal.tv xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü münasibəti ilə ölkəmizdə 2021-ci il “Nizami Gəncəvi İli” elan olunub. “Nizami Gəncəvi İli” çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə təsdiq edilmiş müvafiq tədbirlər planına əsasən noyabr ayı ərzində onlayn elmi seminarlar keçirilir. İlk onlayn elmi seminar 16.11.2021-ci il tarixində kompleksin direktoru t.ü.f.d. Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilmiş, seminarda Kompleksin əməkdaşları dos.t.ü.f.d Sübhan Talıblı, Mehriban Əliyeva və Seyid Cabbarov məruzə ilə çıxış ediblər.

Onlayn seminarın işində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə daxil olan Tarix və Mədəniyyət Qoruqlarının və Kompleksin ümumilikdə 50-dək elmi işçisi iştirak edib.

Abu Turabov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin