“Azərbaycanda heç vaxt konsert biznesi və möhtəşəm digital satışlar olmayacaq”.
yasamal.tv xəbər verir ki, bu fikirləri məşhur müğənni və bəstəkar Murad Arif özünün “Facebook” səhifəsindəki paylaşımında səsləndirib.
Onun sözlərinə görə, konsertlərin təşkili külli miqdarda maliyyə tələb etdiyindən onlardan qazanc əldə etmək mümkün deyil.
Şoumenin fikrincə, məhz buna görə Azərbaycan müğənnilərini rus, türk, ingilis ulduzları ilə müqayisə etmək düzgün deyil.
Sonda M.Arif hamıya “reallıqla barışın və prosesdən zövq almağa çalışın” deyir.