“SƏHNƏ” teatrının ilk premyerası baş tutub – Fotolar

12

Dramaturq Mirzə Fətəli Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” tamaşası nümayiş olunub.

Teatr rəhbərliyindən yasamal.tv-a daxil olan məlumata görə, “SƏHNƏ” teatrının ilk tamaşası olan “Bir dəfə Qarabağda” izləyicilərə təqdim olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunan tamaşa Azərbaycanda ilk dəfə olaraq etno-müzikl janrında hazırlanıb.

Premyerada teatr ictimaiyyəti və teatrsevərlər iştirak ediblər. Tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb. Tamaşanın noyabr ayında yenidən nümayiş olunacağı gözlənilir.

Qeyd edək ki, tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada  səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblına məxsusdur.  Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin