Rusiyalı məşhur cütlük Vera Brejneva və Konstantin Meladze evliliklərinin növbəti ildönümünü qeyd edib.
yasamal.tv xəbər verir ki, 2015-ci ildə İtaliyada evlənən cütlük bu dəfə də özəl günlərini fərqli qeyd etməyə çalışıb.
Vera sosial şəbəkədə paylaşım edərək, hisslərini izləyiciləri ilə bölüşüb. O bildirib ki, uzaqda olsa da, ərinin yanına uçacaq və gecəni birlikdə keçirəcəklər.
Konstantin özəl gün münasibətiylə Brejnevaya brilyant üzük bağışlayıb. 1,74 əyyarlı üzüyün dəyəri 1,7 milyon rubldur.