“Netflix”in qısa müddət ərzində reytinqlərdə ilk sırada yer alan serialı “Squid Game”in real versiyası gerçəkləşəcək.
yasamal.tv xəbər verir ki, Koreya istehsalı olan ekran işində böyük pul mükafatını əldə etmək üçün yarışmacılar uşaq oyunlarında qazanmaq məcburiyyətindədir. Əks halda uduzan hər bir oyunçu ölməyə məhkumdur. Sözü gedən oyunlar isə real həyatda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək.
Koreya Mədəniyyət Mərkəzi tərəfindən Abu-Dabidə təşkil olunan yarışda 15 nəfərdən ibarət 2 qrup iştirak edəcək. Qırmızı və yaşıl işıq, konfet, kartları çevirmək, misket, ddakji oyunlarının yer alacağı yarışın soonu serialda olduğu kimi ölümlə bitməyəcək.
Qaliblərə sürpriz hədiyyələr veriləcəyi deyilsə də, sonda pul mükafatının olub-olmayacağı açıqlanmayıb.