Azərbaycanda valyuta hərracında dollara tələb azalıb

17

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

yasamal.tv bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb aprelin 30-na nisbətən 6,3 milyon ABŞ dolları və yaxud təxminən 9,1% azalaraq 62,9 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin