Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.
yasamal.tv-ın xəbərinə görə, toplantıda “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
İclasda həmçinin “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi birinci oxunuşda müzakirə ediləcək.