Daşkəsən rayonunda 25 yaşlı gənc bıçaq xəsarətləri alıb.
yasamal.tv-ın məlumatına görə, hadisə Çıraqlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü R.Nəbiyevi bıçaqlanıb. Bir bıçaq xəsarəti alan şəxs Gəncə şəhərində yerləşən xəstəxanaya aparılıb.
Onu bıçaqlamaqda şübhəli bilinən, 1969-cü il təvəllüdlü Faiq Hüseynəliyev isə saxlanılıb. Hadisənin F.Hüseynəliyevin sərxoş halda olduğu zaman yaranan mübahisə zəminində törədildiyi bildirilir.