Bütün dünyanı ağuşuna alan koronavirus bəlası günü gündən can almaqda davam edir. Xüsusilə, Azərbaycanda koronavirusdan vəfat edən tanınmış şəxslər çoxluq təşkil edir.
yasamal.tv bu vaxta qədər koronavirusdan vəfat edən azərbaycanlı məşhurların siyahısını təqdim edir.
Azərbaycan müğənnisi Səyyad Əlizadə sentyabrın 30-da koronavirus səbəbindən 63 yaşında vəfat edib.
Xalq artisti Teymur Mustafayev iyunun 11-də korona virusdan 82 yaşında dünyasını dəyişib.
Azərbaycanlı ustad ilk gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov aprelin 5-də müalicə aldığı xəstəxanada koronavirus səbəbindən vəfat edib
Əslən Güney Azərbaycandan olan tanınmış müğənni, Əməkdar artist Yaqub Zurufçu 14 sentyabrda 65 yaşında koronadan vəfat edib.
Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyev mayın 7-də 70 yaşında koronavirusdan dünyasını dəyişib.
Müğənni, əməkdar artist Baloğlan Əşrəfov 26 apreldə 69 yaşında korona virusdan vəfat edib.(modern.az)