Ezgi Mola təhqirə görə 5 min ödəyəcək

11

Aktrisa Ezgi Mola cərimələnib.

yasamal.tv xəbər verir ki, buna səbəb onun ötən il Musa Orhan adlı şəxsi təhqir etməsi olub. Belə ki, Orhanın İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Buna görə də qız intihar edib.

Ezgi günahı təsdiqlənməmiş Musaya səsli və yazılı təhqirlər ünvanlayıb. Bundan sonra onun vəkili aktrisanın müvəkkilinə qarşı işlətdiyi ifadələrə görə 2 il 4 ay müddətinə həbs olunmasını istəyib.

Məhkəmə Ezginin 5 min 200 lirə cərimələnməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, aktrisa hazırda “Masumlar apartmanı” serialında Safiye rolunu canlandırır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin