“Qızıl top” mükafatının təqdimetmə tarixi açıqlandı

12

Nüfuzlu “France Football” jurnalı dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq “Qızıl top” mükafatının verilmə tarixini açıqlayıb.

yasamal.tv xəbər verir ki, mükafata namizəd olan futbolçuların siyahısı oktyabrın səkkizində açıqlanacaq.

2021-ci ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi isə 29 noyabrda baş tutacaq.

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə “Qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.

Keçən il bu mükafata Münhen “Bavariya”sının hücumçusu Robert Levandovski layiq görülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin