İraqda PKK terrorçuları zərərsizləşdirilib

12

Türkiyənin Hərbi Qüvvələri İraqın şimalında “Pençe-Şimşek” əməliyyat zonasında PKK təşkilatının terrorçularını zərərsizləşdirib.

yasamal.tv xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyata ATAK helikopterləri də cəlb edilib. Qeyd edilir ki, əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib.

Nazirlik İraqın şimalında terrorçulara qarşı əməliyyatların bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə bir sıra qanlı cinayətlər, terror aktları həyata keçiriblər. Nəticədə təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin terrorçular tərəfindən qətlə yetirilib.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin