Ağdaşda kişi əmisi oğlunu bıçaqladı

10

Ağdaş rayonunda qohumlar arasında torpaq üstündə dava baş verib.

yasamal.tv xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ağdaş rayon Qaradeyin kənd sakini 1991-ci il təvəllüdlü Samir Məmişovla əmisi oğlu Paşa Məmişov arasında torpaq üstündə mübahisə yaranıb.

Nəticədə S.Məmişov P.Məmişova bıçaqla xəsarət yetirib. O, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

S.Məmişov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi açılıb və Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin