Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Ülkməzli kəndində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobilinin sürücüsü yolda idarə etməni itirib. Nəticədə maşın yoldan çıxaraq dərəyə düşüb.
Sürücü, 1983-ci il təvəllüdlü Eldar Osmanov xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.