“Nyukasl Yunayted” in yarımmüdafiəçisi Co Uillok (Joe Willock) daim irqçi mövzularda təcavüzlə üzləşdiyini etiraf edib.
yasamal.tv xəbər verir ki, “BBC Sport” futbolçunun dediklərini belə çatdırır:
“Hər gün irqçi mesajlar alıram. Dərimin rəngindən və digər şeylərdən bəhs edən çirkin mesajlar. Əlimdən heç nə gəlmir, yalnız onları görməməzlikdən gəlmək məcburiyyətində qalıram. “İnstagram”, “Facebook” və “Twitter” sosial şəbəkələrinin bu cür işlərlə kifayət qədər mübarizə aparmadığını düşünürəm”.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının ilk turunda “Nyukasl Yunayted” “Vest Hem Yunayted”ə 2:4 hesabı ilə məğlub olub.(fanat.az)