Yevlaxda yol qəzası: ölən var

9

Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

yasamal.tv-ın məlumatına görə, hadisə Yevlax rayon Qarxun kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobil motoroller ilə toqquşub. Nəticədə motorollerin sürücüsü, 1997-ci il təvəllüdlü Əlizadə Çingiz Nadir oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin